Quantcast
Channel: زنان
Viewing all articles
Browse latest Browse all 2475

اصلی-کرم ASLİ-KƏRƏM

$
0
0

اصلی-کرم ASLİ-KƏRƏM

A.ELYAR

 

ASLİ-KƏRƏM

 

Bu ölkədə, daha heç bir şey yoxdur ki,
Əsli-Kərəmin sevgi və türkilərində, yerləşməsin.
“Əsli-Kərəm” bütün yaşayış, həyatdır...
Onlar, haradan gəldi, haraya gedilər?
Necə gəldilər?...
Başına nə bəla gəldi sevginin?
Kimsə bildimi?...
**

 

Hökmdar Ziyad Xan

Hökmdar Ziyad Xanın, bir oğlu var idi, Kərəm adında. O, təzə 18 yaşına dolmuşdu.
Hakimin xəzinədarı, Qara Məliyin qızı, Əsli, Kərəmin qız yoldaşı idi.
Sona, sərdar qızı, və Sofi, qazı oğlu, onların "məktəb" dostları idilər.
Dörd yoldaş, uşaqlıqdan bir yerdə böyüyüb, bir məktəbə getmişdilər. Və çox yaxın dost idilər.
Əsli Kərəi sevirdi və Sona Sofini. Hələ elçilikdən bir xəbər arada yox idi. Amma gözlənirdi.
Onlar öz çağlarının incə sənət, elm və döyüş hünərlərini yaxşı öyrənib, bacarıqlı idilər.
Yoldaşlar ölkə işlərinə yetişib hakimə yardım edirdilər.
Saba Xatın, Əslinin nənəsi, və Nisa Soltan, Kərəmi anası idi.
Ailələrin içində deyirdilər , onların uşağı olmurdu. Ancaq, bağda bir qızıl almanı bölüb yiyəndən sonra uşağa qalmışdılar. Buna görə də uşaqlar özlərini bir almanın iki tayı hiss edirdilər.
Qara Məlik həm xəzinədar idi, həm də abid. O din xadimi olaraq, ocaqların işinə də baxırdı.
Ocaqlara verilən hədiyyələrin hamısı onun əlində idi. Deyirlər o çox varlı güclü bir hökumət adamı sayılırdı.
Buna görə də az-çox Ziyad Xanın işlərinə qarışıb onu özündən incidirdi. Ocaqların gəliri üstündə də Onların sözü çıxırdı. Yavaş-yavaş Qara Məlik anladı ki, bir taxtda iki hakim yerləşməyəcək. Və olabilər ki, işin axırı pisə çəksin.
Buna görə, günlərin bir günü yorğunluq nasazlığını hakimlə danışıb, çox razı olduğunu bildirərək işindən çıxdı.
**
Evlənmək üçün Sofi ilə Sonanın bir çətinliyi yox idi. Onların ata-anası bu işə razı idi. Amma Kərəm ilə Əslinin işi bir az qaranlıq görünürdü. Qızın atası bu qohumluqdan qaçırdı. Üzdə yox, daldada, hakimi heç xoşlamırdı. Ocaqların gəliri, ölkənin xəracı və qayda-qanunları barədə çox sözü var idi; və öz cibini doldurmağa çalışırdı. Buna görə də, çalışırdı qızı Kərəmlə çox otur-dur eləməsin.

**

 

Əsli-Kərəm

 

Qara Məlik təzə evə gəlmişdi. Üçüncü mərtəbədən bağa baxırdı ki, Əsli ilə Kərəmi orada gördü.
Kərəmin tərlanı bir quşun dalıca bağa gəlmişdi. Quş qıza pənah gətirdi. Tərlan gəldi quşu alsın. Əsli tərlanı da tutdu.

 

Kərəm Əslini görcək alqışlayıb səlam verdi:
 -Salam olsun dostuma, silinsin könlünün pası
Əsli:
-Sağlıq olsun sevgiyə, silinsin könlünün pası
Kərəm:
- Ağ alma, qızıl alma, tərlanım tutub alma!
Əsli:
-Ağ üzüm, qızıl üzüm, tərlanın cızıb üzüm
Kərəm:
-Arayıb tapdım tərlanım, mənəm quşun səyyadı.
Əsli:
-Gəl apar tərlanın dustum, get ol könül səyyadı!
Kərəm:
-Təzə gülü sən, təzə sünbül, mənəm könül səyyadı.
Əsli:
-Əski sözə verməm könül, naşısan, könül səyyadı.
Kərəm:
-Kərəm eylə, ver tərlanımı, əsli könül səyyadı.
 Əsli:
-Tərlan uçdu budağa, get ol könül səyyadı.

 

Tərlan və Kərəm

 

Kərəm:
- Qoy öpüm o gözündən, əsli könül səyyadı.
Əsli:
-Kərəm eylə, babam görər, naşısan, könül səyyadı...
Sevgim, kərəm eylə, tez çıx buradan get, babam gəlib bizi görməsin.
Kərəm:
-Gəl bir öpüm o ala gözündən...

 

Bağ

 

Əsli:
-Ağa Kərəm, paşa Kərəm, xan Kərəm! Alış Kərəm, Alov Kərəm, yan Kərəm!
Əsli olsun sənə qurban, can Kərəm, aman Kərəm, məni rüsvay eyləmə!*.....

**

Əsli və Kərəmin bağda öpüşməsindən sonra, Qara Məliyin fikri daha artıq pozuldu. Ancaq o evini öz kəndi Qara Məliyə apardı.
Bu arada Sona Sofiya dedi ”evlənək”. Sofi dedi: Kərəm və Əsli ilə danışaq, iki toyu bir yerdə eliyək.
Dörd yoldaş, saray bağının xəlvət bir bucağında görüşdülər. Ağaclar altında, çəmən üstündə oturub evlənmək xüsusunda danışığa başladılar.
Kimsə ağaca gülə baxmırdı. Quş böcüyün səsini eşitmirdi. Hamı öz fikir xıyalına cummuşdu. Hərdən qız uzanırdı başını oğlanın qucağına qoyurdu, hərdən də oğlan. Bəzən bu dururdu odlu sözlərlə danışığa qızışırdı, bəzən də o. Hərdən də hamı mətanətlə söhbət edirdi. Qız sevgi ilə üzün tuturdu oğlana, oğlan da qıza, danışırdılar:

Sofi:
-Kərəm, deyirəm iki toyu bir yerdə tutaq, sən nə deyir sən? Qaldı ki, istəmirəm səndən qabaq evlənəm.
Kərəm:
-Əziz dostum, gərəkli deyil siz bizi gözlüyəsiniz. Biz çox sevinərik, siz evlənəsiniz. Mən də sevirəm iki toy bir yerdə olsun.
 Sona:
-Biz ata-ana ‘mız ilə danışmışıq, razıdırlar. Amma sizin valideynin razılığını bilmirik.
Əsli:
- Bu barədə nə mən, nə də Kərəm, ailədə bir söz açmamışıq.
 Kərəm:
- Mən ailəmin göyül verməsinə çox umudluyam, bir az xəyalim rahatdır. Amma Əslinin ailəsindən nigaranam.
Əsli:
- Mən özüm də nigaranam. İşə dərin baxanda düyünlü göstərir. Hiss edirəm atam bu qohumluğu sevməyir. Bizim atalarımız biri-biri ilə düz gəlmir. Öz aralarında  ocaq, xərac, yer, ölkə üstündə
çəkən-bərk-işləri var. İndi, atam işindən çıxandan beləyə, bir az rahat olubdur. Amma diyə bilərəm, hələ də qohumluğa razı deyil. Bir yol, hənək üçün dedim “ ata, mən daha böyümüşəm, necədir Kərəmlə toy eliyəm?” dedi ” etiqadsız ailəyə mən qız vermərəm”. Dedim” etiqad yox, sevgi önəmlidir. İki hakim də bir taxtda yerləşməz. Bizim sevgimizi öz istəklərinizə qurban verməyin. Mənə sevgidən başqa bir şey önəmli deyil”. Dedi” qızım sən hələ çox gənc sən, dünyanın işlərindən baş çıxarmazsan, tələsmə, zaman sona çatmayıb.”

 

 

 

Əsli  və Gül

Sofi:
Ataların arasında olan “çəkən-bərk-iş”, ölkədə olan çətinlikləri əks edir. Amma onların açar yolu deyil. Yaşayış düyünlərinin açarı, elin dayımı yığıncaqlarını qurmaq, onların istəyi ilə hakimin işləməsi, ağaların əlin yerdən kəsmək, xəracı azaldıb, yoxsullardan götürmək, və belə bir addımlardır. Bu cürə işlərlə olabilər ki, ölkədə insanların yaşayışı bir az gözəlləşsin.
Kərəm:
- Biz indiyə cən bu barədə çox danışmışıq. Sofinin sözləri bizim dördümüzün də ürək sözüdür.
Amma, istəyək-istəməyək, indi evlənmək bu işlərdən öncədə durubdur. Nəzərimcə, qoyun bu işi qurtaraq, ailələr qurulsun, görək ölkəyə nə işlər görə bilərik. Birinci addım özgür və daimi “el yığıncaqları” nı qurmaqdır. Necə deyərlər, el gücü, sel gücü. El inən, elin istəkləri üçün bir iş görmək ola bilər. Ancaq indi hər şey sevgi düyününə bağlıdır.
Əsli:
-   Atamla danışanda dedim, “mən dünyada sevgidən başqa bir şey görmürəm” sizlər də qızıl-gümüş, taxt-tacdan suvay bir şey gömürsünüz” . Belə diyəndə atam elə baxdı gözümə ki, yerimdə quruyub qaldım.

Sofi:
- Həyə, mən də bunu hiss etmişəm. Əslinin atasının baxışı insanı öz yerində qurudandır.
Kərəm:
- Az-çox, Əslidə də bu baxış var. Mən çox cürət eləmərəm Əslinin gözlərinə baxım. Baxanda bir bilinməz dinc hiss edib, elə bilirəm dünyadan ayrılıram.  

Sona:
- Əslinin baxışı vurğunluqdandır. Dinc verən və gözəldir. Amma atasının baxışı qurudandır.
Əsli:
- Mən Kərəmi sevirəm. Onun gözlərinə baxanda bütün sevgimlə baxıram. Kərəm də belə baxır. Və olduqca mənə dinc verir. Mən də özümü başqa bir aləmdə hiss edirəm. Mən göz açandan sizləri görmüşəm, kərəmi görmüşəm. Və kərəmin qoxusu ilə böyümüşəm. Kərəm olub mənim canım, varlığım, yaşayışım. Onu mədən alsalar, ölməsəm də, bir parça ət-sümüyə çevrilərəm ki, ölümdən də yamandır. Olsun, öz əlimdə deyil. Demərəm siz də mənim kimi olun, yox. Bəlkə də bu çox qolaydır.
Ney nəyim, mən başqa deyiləm. Yaşayış hərəni bir cürə yaradıb. Mənnən Kərəmi də belə yaradıbdır.
Bu nə mənim əlimdədir, nə Kərəmin. Həyat, bizi bu cürəsi becəribdir. Yaxşı ya pis. Bu daha bizimlə ilgili deyil. Olub, qurtarıb. Yaxçı-pisliyi, kifir-gözəlliyi, hərə özü seçməlidir.

 

Öpüş

 

Sofi:
- ” İnancsız ailəyə mən qız vermərəm”, Əslinin atası söyləyibdir. Muradı inancdan isə “abid” olmaqdır.
Bu fikir, hamıya bir qılıq həyat paltarı biçir. İnsanları bir qəlibə basır. Yerləşməyəni də həyatdan, sevgi və ailədən məhrum edir. Anlamıram, bu əl-qulu tutan, zorakı, inanc qayda-qanunları ki, sevgiyə qarşıdırlar, nəyə qoyulublar?
A` kişi nəy işin var, insanların fikr, din, inanclarınla. Yaşayışda önəmli budur ki, insanlar biri-birini sevələr, incitməyələr. Bir kələmə,“ yaxşı” olalar. Özlərinə, və özgəyə.
Özgür və gözəl yaşıyalar. Yaxşı da olmurlar olmasınlar, amma kimsənin haqqını əzib pozmasınlar; yeməsinlər. Kimsəni incitməsinlər. Sən burada iki gəncin ailə qurmaq haqqına yox deyirsən, belə də bir iş olarmı?
 İnsanın azadlığını əlindən almaq üçün, min bir inanc qayda-qanunu toxuyublar. Tərpəşsən deyirlər “ amandır, din-iman əldən getdi”.  A` kişi mən tərpəşməsəm qoxuyaram, özüm aradan gedərəm. Sən qalıbsan din-iman hayına? Gedər ki, gedər! Ancaq mən diri qalmalıyam ya yox?
Toxuma qayda-qanunlar doğrudan da bizi boğurlar. Bu qaydalarla, özgür həyat mümkün deyil.
 Bu üsullarla yaşayan insan ölüdür. Daha doğrusu bir “ gəzəyən skeletdir”.
Onun filan əqidəsi var, ailə qura bilməz, bunun filan dini var olmaz. Belə bir işlərə doğrudan da adam mat qalır.
İnsan bilməyir onların adını nə qoysun. Bunlar yaxşılığı alıblar, yerinə, hər nə pislik var insana veriblər.
Bunlar azadlığın, yaxşılığın, gözəlliyin düşmənidirlər. O yerdə ki, bütün insan sevər fikirlərin iç sözü “ yaxşılıqdır”. Yaxşılıq özüyən, və özgəyə. Canlıya, və cansıza. Başqa sözlər, çölə gedəndir. İnsan, sevgi və həyat, yeddi göydən, yeddi yerdən azaddır. Hər şey yaxşılığı, azadlığı, gözəlliyi, insandan alarsa, insanın qatılıdır.

 

Xanların müharibəsi

 

Kərəm:
-Yaxşı olmaq, birini incitməmək, üzünü və özgəni sevmək; yəni azad olmaq və özünə, özgəyə, gözəl olmaq; bütün o, dərs və tərbiyənin cövhəridir ki, biz dörd nəfər, ömrümüzdə öyrənmişik. Əlimizdən gələnə qədər onlara əməl etmişik. Mən bu azadlıq və gözəlliyi tək-təkimizdə görürəm. Onda ki, istəyirəm bu gözəllik sevgini, bu yaxşılıq azadlığı, əlimə alım, sizin əlinizdən tuturam. Sizin üzünüzə və gözlərinizə baxıram. Sizi bağrıma basıram. Yalnız Əsli mənə sevgi, gözəllik, özgürlüyün özü və təcəssümü deyil, ancaq Sofi və Sona da onların özləridir. Bilirəm, Əsli və mən də sizə bu qərardayıq.
Hərdən yalqız olanda Əsliyə fikr eləyirəm. Öz-özümə deyirəm: Kərəm, fərz et Əsli yoxdur, amma Sofi və Sona dururlar; gərək yaşayasan, yaşaya bilər sənmi? Baxıram, üç sevgidən ikisi kənarımda dir, düzü budur ki, yaşayam, bəlkə də sonra bir insan tapıldı Əslinin yerini doldurdu. Amma çox təəssüfnən görürəm ki, Əslisiz yaşamaq mənim üçün mümkün deyil. Cansız qalıb, dirilib yaşaya bilərmi? Yox, eliyə bilməz. Təəssüfnən, İstəyib istəməyək, Əsli olub mənim həyatım, canım. İnsan cansız olarsa məhv olar. Bunu kimsəyə tapşırmayıram. Düz bir iş deyil ki, birisi insanın canı olsun. Demirəm bu düz və yaxı bir işdir. Amma deyirəm, bəzən belə olur, belə qabağa gəlir, və insan eliyə bilməyir ayrı cürə olsun. Nə qədər çalırsa ayrı təhər olsun, genə bir yerə yetməyir. Mənim bütün baxışım Əsliyə sarılıbdır. Həyata qovuşubdur. Özümün və Əslinin həyatına, Hamının yaşayışına. Hər kəsin və hər zadın həyatına. Hiss edirəm, canlı və cansız, hər şey, doğru bir həyatdır. Və bütün yaşayışın ürəyi Əsli ilə döyünür. Sevgi ilə çırpınır.
Yalnız bir sorğu qalır, əgər bu aramızda olan dostluq sevgi pəncərəsindən, kənara baxarsaq, sarayda, küçə- bacada, kənd şəhərdə də, öz gözəlliklərimizi görə bilərikmi?

Əsli:
- Kərəm, gözəllik hər yerdə var. Yalnız bizdə deyil. Bizdən də kənarda var. Onları tapıb gücləndirtmək lazımdır. Çirkinliyi azaldıb silmək gərək. Eşikdə çirkinlik ilə gözəllik qarışıqdır. Çünki mövcud olan həyat bunlardan ibarətdir. Insanların ehtiyacı təmin edilmir. Onlar nemətləri biri-birlərinin əlindən qapmaq məcburiyyətində qalırlar. Biz bu səhnələri kənd və şəhərdə çox görmüşük. Və onların haqqında danışmışıq. Yaşayışa yetişmək gərək. Ehtiyaclar rəf olmalıdı. Yoxsuluq kasıblıq dar-duvardan yağır. Bəlkə beləliklə həyat və insanın gözəllikləri güclənsin. Xalqın iş sahab, alim və gəlirli olmağı üçün, onlara yardım etmək lazımdır. Haqq pozmanın və zülmün qabağı alınmalıdır. Bəlkə, çox sərvət, və zəri-zoru olanlar, əlsiz-ayaqsızları sarsıtmasınlar.

 

Sona

 

Sona:
-Bəzən öz-özümdən soruşuram sevgi nədir? Həyatımıza baxanda deyirəm, sevgi budur ki, bizim varımızdı. Dostluq. Elə bu. Və onun geniş, sonsuz sırası. Hamıda və hər şeydə. İnsanlarda, heyvan və təbiətdə. Söhbəti təkmilləşdirmək istədim, amma gördüm ki, dostlar ürəyimdəkiləri çox gözəl söylədilər.

Sofi:
- Deyirəm, Kərən toy mövzusunu at-anası ilə danışın. Onlar məsələni Əslinin valideynini ilə araya qoysunlar.

Sona:
-Əgər qəbul etmədilər, nə eliyə bilərik?
Əsli:
-Qəbul edələr etməyələr, mənim üçün önəmli deyil. Önəmli budur ki, özüm qərar verib seçmişəm.
Mən də sevirəm ata-anam bunu düşünsünlər, qoysunlar, özüm qərar verim. Məni incitməsinlər. Onlar razı olmasalar da biz evlənəcəyik.

Sofi:
-Öncə Kərəmin atası elçi düşər. Ziyad Xanla danışmalıyam. Görək nə baş verir.

Kərəm:
- Tamam, Sofi məsələni atamla danışsın.

Sona:
- Necədi ki, Əsli evə dönməyə? Burada qala. Elçilik də olsun. Əgər valideyni razı olmasa, heç bir şey itirmərik. Eyni şəkildə, indi diqqətə gəlməyən hadisələrdən də, uzaq qalırıq.

Sofi:
- Bu da yaxçı fikirdir. Sonanın toyuna görə onun yanında qala bilər. Bunu da ailəsinə xəbər verərik.
Əsli:
- Sona, gözəlim, bəlkə sən haqlısan. Və çox da haqlısan. Bu, ən yaxşı və ən doğru iş ola bilər. Hər hansı bir razılıq və razılaşmaya baxmayaraq, bir toy tutarıq. Həyatımızı yaratmağa və başqalarının həyatını yaxşılaşdırmağa başlarıq. Bu bir yoldur. Və Düzgün. Amma, bəlkə daha doğru və bir az daha romantik birinci yoldan, bu olardı ki, baxaq bu ənənələr, din-məzhəb, valideynlər, dövran, bizim üçün nə toy geyimləri tikiblər?  Nə töhfə tutublar? Və biz bu dövranla necə əlbəyaxa ola bilərik? Bu qabaqdan yaranıb düzəlmiş həyat, bu öncədən tikilmiş paltarlar, Sona və Sofi üçün, Kərəm və Əsli üçün, nə çeşiddir? Nəhayət, biz bu paltarları görüb tanımaq, geyib sınamaq məcburiyyətindəyik. Onu başqa insanların əynində sınamaq istəmirəm. Onlar kifayətə qədər çirkinliyi təcrübə edib yaşayıblar. Ədalət, insafdan uzaqdır ki, Biz durub tamaşaçı olaq, onların tikrarlaşan təcrübəsinə. Bəli, doğrudur. Bu gəlinlik donunu sınamaq istəyirəm. Ancaq digər insanların əynində yox, öz əynimdə. Öz əynimizdə.
Biz toy eliyək, eləməyək, yaşayaq, yaşamayaq, önəmli deyil. Önəmli sevgidir. Sevgi ondadır ki, biri-birimizi düşünək. Qarşılıqlı anlaşaq. Belə ki, Kərəm anlaya, əsli nə deyir, Əsli anlaya Kərəm nə deyir. Göründüyü kimi bu çox sadə bir işdir. Amma yalnız istisnalar bunun qatından çıxa bilərlər. Biri-birimizi anlamayan yerdə, sevgi ola bilməz. Bizdə bu anlayış var. Nə baş verdiyindən qorxmuram.
Əsli deyər, Kərəm yanar, Kərəm deyər, Əsli qanar, Ah çəkmə nazlı Sonam, Od tutar sevgi yanar.

Sofi:
-Bəs mən Ziyad Xanla danışaram.

**

Sofi evlənmək məsələsini Ziyad Xana dedi. Xan, gənclərlə danışandan sonra, Əslinin ata-anasını
hüzuruna çağırıb söhbət elədi. Onlar əsli və Kərəmin evlənməyini qəbul etdilər. Sonunda xan nişanlama üzüyünü onlara verdi ki, Əsliyə versinlər. Əslinin atası üç ay vaxt aldı, səyahətdən qayıdan dan sonra, toyu başlasınlar. Gənclər bu xəbərdən çox şad oldular. Bunla belə, genə də dəhşətli nigarançılıq Əsli- kərəmin ürəyini sıxıb sarsıdırdı.

**

 

 

Hərəkət

 

Üç ay qurtuldu. Əsli gəlib çıxmadı. Ziyad Xan ətrafa məmur göndərdi, ancaq heç bir xəbər olmadı. Kərəm yeyib- içməkdən düşdü, məriz oldu. Hamı nigaran və narahat idi. Sofi ilə sona qalmışdılar, heç bilməyirdilər nəynəsinlər. Onlar Kərəmin yanına gedib dedilər:
-Bəlkə bir müşkül qabağa çıxıb, Əslinin ailəsi geri dönməyib.
Kərəm dedi:
- Əslini axtarmalıyam. Nə olacaq olsun.
Və dostlarına sarı:
- Bizi gözləməyin, toyunuzu başlayın.-dedi.
Sona:
- Kərəm, bu nə sözdür? Bunu nə mən qəbul edər, nə də sofi.
Sofi Kərəmə sarı:
- Birlikdə gedirik.-dedi.
Sona:
- Mən də gəlirəm.
Kərəm:
- Xeyir, Lazım deyil kimsə gəlsin, Tək gedəcəyəm.
Sofi Sonaya sarı:
- Mən və Kərəm, birlikdə gedirik. Sənin burada qalmağın daha yaxşıdır. Bir xəbər çıxarsa peyğam göndərərsən.
Kərəm ilə sofi ailələrinə və yoldaşlarında, sağ qalın deyib çıxdılar. Kərəm gördü Sofi ox və qılınc götürübdür, dedi:
- Bəllidir nə iş görürsən? Bunlar nədir? Döyüşə gedirsənmi?
Sofi:
- Xeyir, bunlar ehtiyat və mümkün hadisələr üçündür.
- At qırağa! Biz döyüşə yox, sevgiyə gedirik. Sevgi üçün saz lazımdır, başqa bir şey yox.
Və hərəkət etdilər.

**

 

Fikir

 

Sonadan suvay bir kimsə onları bu işə təşviq etmədi. Və heç kim də qarşı çıxmadı. Kərəm özü təsmim tütdü. Amma Ziyad Xan və ayrıları Əslini unutmağı və başqa bir qızla evlənməyi söylədilər. Bu da Kərəm üçün olan bir iş deyildi.

Onların məqsədi bəlli deyildi. Əslini tapacaq larini da bilməyirdilər. Yolda hər kim və hər şeydən Əslini soruşurdular. Yoldan keçən kəndlilər, karvan çobanlar və bütün təbiət nişanları nəhayət onlara qasid və yardımçı sayılırdılar. Ancaq, onlar diqqətlərini cəlb edən, mümkün olan yollara ayaq qoymuşdular. Az yeyib, az yatırdılar, güclərinə qədər at qovurdular. Kəndlilərin evlərində, qəhvə-xanələrdə, çöl və dağ-daşda, çay-çeşmənin kənarında yeyib-içib yatırdılar. Amma o şey ki, bu iki yoldaşı içəridən yeyib qurtarırdı Əslidən xəbərsiz olduqları idi. Bilməyirdilər o harada və nə haldadır? Kərəm uzaqda olan hər bir qızı Əsli sayırdı. Ancaq ona yaxınlaşar kən, görürdü Əsli daha bir görünməz insana çevrilibdir.

Göydə qatarla gedən durnalara baxanda, hiss edirdi, hətmən onların Əsli ilə bir əlaqəsi var. Və ona salam aparıb kef-əhval eləməklərini xahiş eləyirdi. Hiss edirdi, dağlar, dərə-təpələr, çay-çeşmələr, sari qayalar bütün Əsliyə baxırlar. Onlardan yoluna xəbər, məlumat alıb və bələdçilik istəyirdi. Bəlkə də Kərəm haqlı idi, təbiət sevgidən suvay nəyə baxa bilər.

 

Əsli və Qaraməlik yolda

Kərəm addım-addım, yoldan-yola, çeşmədən-çeşməyə, dağdan- dağa, təbiət ilə birləşirdi və birləşmişdi. Yolda atını qırağa sürdü. Qızlara yol verdi. Və sazını sinəsinə basarkən söylədi:

Məndən küsən nazlı, nazlı bacılar,
Mən kənardan keçim, yol sizin olsun!
Ürəyimdə çoхdu qəmlər, аcılаr,
Аğulаr mənimki, bal sizin olsun!
Mən yolçuyam, yollar keçib gеdirəm,
Еşqin qаtаrını çəkib gеdirəm,
Yanıqlıyam, su ver, içib gеdirəm,
Bir cаm vеrin içim, dol sizin olsun!

Sinəm düyünlüdü, ciyərim qаrа,
Əslisiz qаlmışаm qəmgin, аvаrа,
Bаş götürüb gеtdim çölə, diyаrа,
Virаnələr mənim, еl sizin olsun!

Mеy içib məst olmаq yаrаşmаz bizə,
Yаrı gərək tаpаm mən gəzə-gəzə,
Bir qonçа gülüm vаr, təzə, tər-təzə,
Yеngidə аçılаn gül sizin olsun!

Dərdli Kərəm dеyər: gözəlim Əsli,
Gözlərim yаşlıdı, ürəyim pаslı;
Ondаn аyrılаlı yаslıyаm, yаslı,
Mən qаrа gеyinim, аl sizin olsun!*

Onlar uzun müddət yol gedilər. Bir sıra əyri-buruq yollara rast gəldilər. Kərən Sofuya dedi:
-Dostum, qoy mən bu yollardan Əslini bir xəbər alım, bəlkə onlar sevgimi görüblər. Sazını sinəsinə basıb dedi:

Əyrim-üyrüm gеdən yollаr,
Yollаr, Əslimi gördüzmü?
Düşmüşəm yаrım izinə,
Izlər, Əslimi gördüzmü?
Əyninə gеyibdi sаyа,
Yаnındа vаr bir cüt mаyа,
Sənnən хəbər аlım, qаyа,
Qаyа, Əslimi gördüzmü?
Əslimin kеçdiyi yurdlаr,
Kərəmin çəkdiyi dərdlər,
Qoyunlаrı yеyən qurdlаr,
Qurdlаr, Əslimi gördüzmü?*

 

Sevgiyə saz

 

İki dost daha uzun günlər yol geçib-gələndən sonra bir kəndin qəhvəxanasına çatdılar. Kəndlilər Kərəmdən onun arzu məramını soruşdular. Kərəm sazı dilləndirə kən dedi:  

Mən aşığam ellərə
Şirin-şərin dillərə
Qoy olum təbib dərman
Zülüm görmüş ellərə. 

Barabarlıq, azadlıqdır
Məramımı xəbər alsan
Duru sevil, duru könül
Məramımdır, xəbər alsan.

“Aşıq Kərəm” dərdin desin
Hamı işləsin, hamı yesin
Hamı desin  hamı gülsün
Məramımdır xəbər alsan.

Belə-belə ellərə
Dadlı düzlü dillərə
Qoy olum təbib dərman
Məramımdır xəbər alsan.

Bir ayrılıq, bir yoxsulluq, bir ölüm
Mən sevmərəm bu üçünü cahanda
İnsan oğlu, fəryad edə nəhanda
Məramımdır xəbər alsan.

Qəm-qüssəyə, ömür deməm
Mən aşığam gözəlliyə
Artıq əmək, artıq zülmü
Qəm-qüssəyə, ömür deməm
Məramımdır xəbər alsan.

**

Əsligil yeni hakimiyyət bölgəsinə yetişib və yerləşmişdilər. Atası şəhərdəki ocağının böyük kahin ilə əlaqəsi var idi. Və oraya get-gəl edirdi. Əsli şəhəri dolanırdı, insanların həyatı haqqında yazırdı,  və evdə isə anasına kömək edirdi. O qayıtmaqdan söz açanda, atası bu gün-sabaha salırdı.
Bu arada, kahinin oğlu, əslini bir neçə dəfə qonaqlıqda görəndən sonra, atasını ona elçi göndərdi. Əsli elçini rəd etdi. Və atası, onun, Ziyad-Xan oğlu Kərəmə nişanlı olduğunu, və tezliklə geri qayıdıb evlənməsini söylədi. Amma onlar əl çəkən deyildilər. Bundan əlavə,  kahininin böyük oğlu, bir neçə il öncədən, xanların ərazi tutma müharibəsində, ölmüşdü. Və o, Ziyad Xan ordusunu günahkar sayaraq acığını ürəyinə almışdı. Kahin, Əsli ilə Kərəmin nişanlı olduğunu biləndən sonra, daha çox israr edirdi . Və hələ də rədd  cavabı alırdı.

 

 

Kahin və Qaraməlik

 

Bir çox axtarışdan sonra, Kərəm və Sofi Əsli gil  yaşadığı şəhərə gəldilər. Sarayda olan qızlar bağçaya toplaşıb rəqs edib oxurdular. Birdən bağçanın yaxınlığında, iki gənc atlı gördülər ki, birisinin dalında sazı var idi. Onları bağçaya dəvət etdilər və yemək-içməkdən sonra, türkü oxumalarını xahiş elədilər. Kərəm könlünün kədərini sazın tellərinlə dilləndirdi:

Sənə bir sözüm vаr, dur, səhər yеli!

Mənim sаlаmımı tеz yеtir yаrа,

Bu gün хаn Əslimi gör, səhər yеli!

Qаbаq gеdib əsmə zülfün tеlinə

Nəzər qıl ruyində bir cüft хаlınа

Məhəbbət nаməsin özün əlinə

Bir tənhа yеrdə tаp, vеr səhər yеli!

Kərəm dеyər: burdа qoysаq sаzlаrı

Хаtirimə düşdü şirin sözləri

Qаrаdı qаşlаrı, аlа gözləri

Sən də murаdınа ir, səhər yеli!*

Rəqs və oxumaq sona çatdı. Hakimin qızı Kərəmin sadə bir aşıq olmadığın hiss etdi. Onun başının hekayəsini soruşdu. Vəziyyətdən xəbərdar olduqdan sonra onları atasına apardı və məsələni onunla araya qoydu. Hökmdar Kərəmin Ziyad-Xan oğlu olduğunu bildi. O, şəxsən Ziyad-Xana iradətini və ona bir dost olduğunu söylədi. Hökmdarın məmurları Əslinin ailəsini tapıldılar və onları bir qonaqlığa dəvət edildilər. Üç dost, aylar nigarançılıq, kədərə düzəndən sonra bir-birinə qovuşdular.
Əsli gündəlik dəftərcəsini Sofi' ya verdi. Və özü Kərəmin qucağında dincəldi ...

 

Baxış

 

Hökmdarın təklifi və vurğuların razılığı ilə toy mərasimi başlandı.
Toyda, böyük kahin, Əsli ilə Kərəmə paltar hədiyyə etdi. Onların düymələri çaxmaq daşından idi. Düymələri ocaqda olan bir sarı qurbağaya sürtmüşdü. Əslinin atası paltarları qızına verdi. Və bəy ilə gəlin onları geydilər.
**

Əsli ilə Kərəm otaqda soyunanda, düymələr öz işlərini gördü. Onlar gicəldi və gözləri yaxşı görmədi. Açılmış düymələrin yenidən bağlanacağını görürdülər  ...

 

Kərəm və yeni hakim

Düymələrlə elə girişmişdilər ki, heç bilməyirdilər, vurğun canlarına nə geçir. Onlar Yırğalandı
Düymələr biri-birinə dəydi, qor, od daşlandı...

- Ağlama Əslim, ağlama... yanaram Əsli, yanaram...
Əsli istədi Kərəmə yardım etsin, özü də yıxıldı...
-Ay... yandı Kərəm ... yanaram... Yanaram  Kərəm oduna...
Daha kimsə bilmədi Əsli ilə Kərəmin başına nə gəldi. Sarayın onda xəbəri oldu ki, otaq alov içində yandırdı ...

**

Sofi bir ovuc Əsli ilə Kərəmin külündən götürüb, gözü yaşlı, könlü virana qayıtdı...
Qara məlikdə, bulaq başında, Son atla gəlib ona qatıldı.
Xanın adamları Sofunun gəlməyini ona xəbər vermişdilər.
Onlar vurğunların külünü güllü çölə səpdilər...

**

 

Sevgi bağında, iki gül var. Sarmaşıq açar. Biri Əsli idi, biri Kərəm.
Orada bir bulaq var: "Əsli-Kərəm-Bulağı"!
**
Yel tufan, gülləri hər yerə yaydı. Bulaqlar da göyərib gül açdı.
Bütün ölkədə. Güllər kimi.
Burada, hər yerdi bir bulaq var: "Əsli-Kərəm-Bulağı"
**
Sevgili qızlar, Vurğun oğlanlar, bulaqlar başında qərar qoydular.
Əsli-Kərəm türküsü oxuyub, ilqar dedilər.
Əsli-Kərəm, bir-birinə qarışmış.
çay çeşmənin sularıdır , yel-tufanın toz-torpağı, havası,
vurğunlarının isti könlü, gül qoxusu, ruhlarıdır, axırlar.
Bu ölkədə, daha heç bir şey yoxdur ki,
Əsli-Kərəmin sevgi və türkilərində, yerləşməsin...
Yaralı ceyranlardan, sarı qayalara dək;
əyri-buyru yollardan, qarlı dağların zirvələrinə tək;
köçərgi durnalardan, isti sevimli ürəklərə kimi;
ədalət, azadlıqdan, zalımların zülmünə qədər;
hamısı, Əsli-Kərəmin sevgisində axır.
Əsli-Kərəm bütün yaşayış, həyatdır...
**
Onlar Əslini yandırdılar
Kərəmidə!
Başına nə bəla gəldi sevginin
Kimsə bilmədi!
Ay!
Əsli Kərəmin közləri
Sevgini dirildin
Sevgini!
Qoy dirilsin əsli-kərəm
Öz külündən...
-----------
* folklor
-Əkizlər: Əsli-Kərəm filimi (Məryəm və Məhmud)

 

 

آ.ائلیار

اصلی-کرم

 

 

 

 

دیگر این دیار چیزی ندارد که
بیرون از عشق و نغمه های اصلی و کرم باشد.
"اصلی – کرم"، زندگی به تمامی ست.
آنها از کجا آمدند؟ به کجا رفتند؟
چگونه آمدند ؟...
چه بلایی برسر عشق آمد؟
آیا کسی دانست ؟...

**

حاکم، زیاد خان، پسری داشت به نام "کرم "که تازه به هیجده سالکی رسیده بود.
خزانه دار او،« قارا ملیک»، دختری داشت به اسم "اصلی"، که دوست کرم بود.
"صوفی"و "سونا"، دو دلداه، دوستان کرم و اصلی بودند. صوفی پسرِ قاضی، و سونا دختر یکی از سرداران بود.
هر چهار نفر با هم بزرگ شده، به "مکتب"رفته و تحصیل کرده بودند. آنها دوستان نزدیک همدیگر بودند. سونا عاشق صوفی بود و اصلی عاشق کرم. اما هنوز مسئله خواستگاری مطرح نشده بود. هر چند که خانواده ها چشم به راه خبر بودند.
آنها علم و هنر و فنون نظامی دوره خود را یادگرفته و به خوبی در آنها ماهر بودند.
دوستان در اداره امور قلمرو حاکم  به  او کمک میکردند.

صبا خاتون، مادر اصلی بود ، و نیسا سلطان مادر کرم . در بین خانواده ها گفته میشد، مادران بچه دار نمی شدند و بعد از اینکه سیب سرخی را در باغ نصف کرده و خورده بودند، بچه دار شده بودند. از اینرو اصلی و کرم خودشان را دو نیمه یک سیب احساس میکردند.

قارا ملیک هم خزانه دار بود و هم عابد. اداره امور "اوجاق"ها نیز به عهده او نهاده شده بود. درآمد آنها هم در دست او بود. گفته میشود قارا ملیک از شخصیت های مهم حاکمیت "زیاد خان"بشمار میرفت. از اینرو در کارهای حاکم دخالت میکرد و او را از خود میرنجاند. آنها بر سر در آمد اوجاق ها  باهم در گیری داشتند.  قارا ملیک کم کم به این نتیجه رسید که در یک تخت دو حاکم جای نمیگیرند، و ممکن است کار به جای باریکی هم بکشد. او خشنودی خود از کار، و خستگی و ناخوشی اش را با حاکم در میان گذاشت، و شغل اش را رها کرد.

صوفی و سونا برای ازدواج مشکلی نداشتند، خانواده آنها موافق بودند. اما وضعیت کرم و اصلی کمی تاریک به نظر میرسید. پدر اصلی این خویشاوندی را دوست نداشت. در ظاهر نه، ولی در باطن از حاکم  هیچ خوش اش نمیامد. در باره ی خراج و اوجاقها و قوانین حرف های زیادی داشت. در این میان او میکوشید بیشتر جیب خود را پرکند. از اینرو سعی میکرد نگذارد دختر اش هم زیاد با کرم افت و خیز کند.

**

قارا ملیک تازه به خانه رسیده بود که  اصلی در باغ گشت میزد. از رسیدن پدرش خبر نداشت. قارا ملیک در طبقه سوم عمارت از پنجره به بیرون نگاه میکرد که کرم و اصلی را در باغ دید. شاهین کرم در پی شکار پرنده ای به باغ وارد شده و او آمده بود شاهین اش را بیابد. پرنده ی زخمی به دختر پناه برده بود، شاهین میخواست او را از دست دختر بگیرد. اصلی شاهین را هم گرفته بود:
کرم اصلی را استقبال کرد :
-سلام بر دوستم- دل ات زنگار نبیند.
اصلی:
-تندرست باشد عشق- دل ات زنگار نبیند.
کرم:
- سیب سفید، سیب سرخ- "ترلان"ام را از دستم نگیر!
اصلی:
- انگور سفید، انگور طلایی- "ترلان"ات صورتم را خراش داده.
کرم:
گشتم و ترلانم را یافتم- منم صیاد آن "پرنده".
اصلی:
 -دوستم بیا ترلان ات را ببر- برو صیاد دلها باش!
کرم:
- تو تازه گل و سنبلی- من صیاد دلها هستم.
اصلی:
- به سخنان کهنه دل نمی بندم- تازه کاری ، صیاد دلها
کرم:
- لطف کن، ترلانم را بده- صیاد حقیقی دلها 
اصلی:
- ترلان ات برشاخه نشست- برو صیاد دلها باش!
کرم:
- بگذار بوسه زنم بر چشمان ات- صیاد حقیقی دلها

اصلی:
-لطف کن، پدرم می بیند- تازه کاری، صیاد دلها...
عشق من، لطف کن زود برو، که پدرم نبیند.
کرم:
-بیا آن چشمهای آبی ات را ببوسم...
اصلی:
-* آقاکرم، پاشا کرم، خان کرم--شعله کرم، آتش کرم، سوز کرم.
اصلی قربانت شود ، جان کرم- امان  کرم ، رسوایم مکن!...*

**

قارا ملیک  بعد از اینکه اصلی و کرم را در حال بوسیدن همدیگر دید، ذهن اش بیش از پیش مغشوش شد. سرانجام به روستای خود« قارا ملیک» که مالک آن بود، کوچید. در این میان سونا به صوفی گفت « ازدواج» کنند. صوفی جواب داد: با کرم و اصلی صحبت میکند که هر دو عروسی را یکجا برگذار کنند.

چهار دوست در گوشه خلوت باغ زیر درختان میوه، روی چمن نشستند و مشغول صحبت شدند. نگاهی به درختان و گلها نبود. کسی آواز پرندگان و حشرات را نمی شنوید، همه غرق در فکر و خیال خود بودند. گاهاً دختر دراز می کشید سرش را بر بغل پسر میگذاشت، و گاهاً هم پسر دراز میکشید و سر بر بغل دختر میگذاشت. گاهی این بلند میشد با حرارت حرف میزد و گاهی هم آن. و گاهاً نیز همه خیلی متین و آرام صحبت میکردند. دختر با شیفتگی پسر را مخاطب قرار میداد و پسر دختر را:
صوفی:
-کرم، چه فکر میکنی، میگویم هر دو عروسی را یکجا انجام دهیم. از سوی دیگر نمی خواهم پیش از تو ازدواج کنم.
کرم:
- دوست عزیز، هیچ لازم نیست شما منتظر ما باشید. ما خوشحال میشویم که شما عروسی کنید. البته منهم موافقم که هر دو عروسی را یکجا انجام دهیم.
سونا:
-ما با پدر و مادرمان صحبت کرده ایم آنها راضی هستند، اما رضایت والدین شما را نمی دانیم.
اصلی:
- نه من و نه کرم، در این باره با والدین مان صحبت نکرده ایم.
کرم:
- من به موافقت پدر و مادرم امیدوارم و تا حدودی خیالم راحت است. اما از طرف پدر و مادر اصلی نگرانم.
اصلی:
- من خودم نیز نگرانم. عمیق که نگاه میکنی می بینی مسئله پیچیده است.  احساس میکنم پدرم این خویشاوندی را دوست ندارد. پدران ما آب شان توی یک جوی نمی رود. بین خود بر سر خراج، اوجاق، زمین در گیری دارند. حالا بعد از اینکه کارش را رها کرده کمی حال اش خوب است ولی فکر میکنم هنوز هم با خویشاوندی موافق نیست.

یک بار به شوخی گفتم، پدر، من دیگر بزرگ شده ام ، چطور است با کرم عروسی کنم. گفت : من به خانواده ای که فاقد "ایمان و اعتقاد"است، دختر نمی دهم.  گفتم : اعتقاد نه، عشق مهم است. و دو پادشاه هم در یک  تخت نمی گنجند. عشق ما را قربانی خواسته های خود نکنید. برای من چیزی غیر از عشق مهم نیست. گفت: دخترم تو هنوز خیلی جوانی، از کارهای دنیا سر در نمی آوری. صبر کن، وقت هست.

صوفی:
-  درگیری ها،  بین پدران ما، انعکاس مشکلات موجود در این سرزمین است. اما کلید مشکلات نیست. گره های زندگی با انجمن های دائمی مردم،  و اداره امور طبق خواسته های آنها، کوتاه کردن دست آقایان از زمین، کم کردن خراج، معاف کردن فقیران از مالیات، و مانند اینها باز میشوند و زندگی مردم میتواند کمی بهتر شود.

کرم:
- ما تاکنون در این مورد زیاد صحبت کرده ایم. سخنان صوفی حرف دل همه ماست. اما بخواهیم نخواهم، اکنون "تشکیل خانواده"عملاً حکم قدم اول را پیدا کرده است. به نظرم اجازه بدهیم نخست این مسئله را حل کنیم بعد ببینیم برای این سرزمین چه کار می توانیم بکنیم. قدم اول، کمک به ایجاد انجمن های مستقل و دائمی مردم است. به قول معروف « نیروی خلق-نیروی سیل». با خواست مردم، برای مردم، میتوان کارکرد. بهرحال اکنون شروع کار به « عشق تشکیل خانواده» گره خورده است.

اصلی:
- هنگام صحبت با پدرم، گفتم، من غیر از عشق چیزی نمی بینم، شما ها هم غیر از تخت و تاج ، طلا و نقره، چیز دیگری نمی بینید. وقتی چنین گفتم، پدرم نگاهی کرد که  احساس کردم در جای خود خشک شده ام!
صوفی:
- آره، منهم متوجه شده ام. پدر اصلی نگاه مخصوصی دارد. به چشم که زول میزند دست و پای آدم انگار بی حس میشود.
کرم:
- اصلی هم کم و بیش این نگاه را دارد. من جرئت نمی کنم خوب به چشمانش نگاه کنم. وقتی نگاه میکنم ، احساس میکنم خوابم میاید. احساس آرامش عجیبی برایم دست میدهد. انگار از دنیا جدا می شوم.
سونا:
- نگاه اصلی، از دلباختگی ست. آرامش بخش است . زیباست. اما نگاه پدراش میخکوب کننده است.
اصلی:
- من عاشق کرم هستم . و قتی به چشمانش نگاه میکنم با تمام وجود و عشقم نگاه میکنم. نگاه کرم هم همینطور است. نهایت آرامش را به من میدهد. منهم احساس میکنم در عالم دیگری هستم. از وقتی که چشم گشوده ام شماها را دیده ام. کرم را دیده ام. من با عطر کرم بزرگ شده ام. کرم شده جان من. زندگی و وجود من. کرم را از من بگیرند اگر هم نمیرم تنها تبدیل به یک تکه گوشت میشوم. که بدتر از مرگ است. خوب دست خودم نیست. نمی گویم شما هم مثل من باشید، نه، شاید این طور ی خیلی بد است، ولی چه کنم جور دیگری نیستم. زندگی، هر کس را جوری، میسازد، من و کرم هم اینجوری ساخته شده ایم. این نه در دست من است و نه در دست کرم. زندگی ما را چنین ساخته است. خوب یا بد. این دیگر به ما مربوط نیست. خوبی و بدی، زشتی و زیبایی را هر کس باید خودش انتخاب کند.

صوفی:
- « خانواده ای که فاقد اعتقاد دینی ست، من به آن دختر نمی دهم»، سخن پدر اصلی ست. منظورش از « اعتقاد» هم « عابد» بودن است.
این فکر برای زندگی همه « یک قالب»  درست میکند، و یک شکل لباس میدوزد. هرکس هم در آن جای نگرفت از عشق و خانواده و حیات محروم میشود.
من نمی فهمم این مقررات دست و پا گیر مذهبی را برای چه ساخته اند که مانع دلباختگی انسانها میشود.
چه فرق میکند که آدمها چه عقیده و مذهبی داشته باشند، مهم این است که همدیگر را دوست بدارند. اذیت نکنند. در یک کلمه « خوب» باشند. هم برای خودشان و هم برای دیگران. خوب هم نباشند حقوق دیگران را نقض نکنند، آنها را اذیت نکنند. آزاد و زیبا باشند. تو اینجا دو انسان را از حق تشکیل خانواده محروم میکنی. مگر ممکن است؟
هزار و یک چیز من درآورده باب کرده اند که آزادی را از انسان گرفته است. تکان بخوری، میگویند تکان نخور که دین و ایمان از کف رفت. مرد، من اگر تکان نخورم میگندم و خودم از بین میروم، حالا تو غم دین و مذهب ات گرفته است؟ برود که  برود، بالاخره من باید زنده بمانم یا نه؟ این قواعد شما حقیقتاً ما را خفه کرده است. زندگی آزاد بدون آزادی از قواعد این مذاهب ممکن نیست. هر کس با این قواعد زندگی میکند، مرده است. اگر هم نفس میکشد، به درستی یک مرده متحرک است. او چون فلان مذهب را دارد نمی تواند ازدواج کند، این چون بهمان عقیده را دارد، نمی تواند خانواده تشکیل بدهد. باید فلان و بهمان کند. براستی آدم مات و متحیّر میماند.
هرچه خوبی هست، اینها از انسان گرفته اند، و هرچه بدی هست، به انسان داده اند. اینها دشمن آزادی و خوبی و زیبایی اند. در صورتی که خلاصه همه ی اندیشه های انسانی «خوبی» ست. هم به خود و هم به دیگران. هم به جان دار و هم به بیجان. باقی یاوه گویی ست.
انسان، زندگی، عشق از هفت آسمان و زمین آزاد است. هر چیزی که آزادی و خوبی و زیبایی انسان را بگیرد، قاتل انسان است.

کرم:
- خوب بودن، اذیت نکردن، دوست داشتن خود و دیگران. یعنی آزاد و زیبا بودن. برای خود و دیگری. این خلاصه همه درسهایی ست که ما چهار نفر در طول زندگیمان آموخته ایم. و تا توانسته ایم عمل کرده ایم. من وجود این آزادی و زیبایی را در یک یک مان می بینم. وقتی میخواهم خوبی و زیبایی و عشق و آزادی را ببینم و لمس کنم ، دست شما ها را لمس میکنم. روی شما ها را می بینم. به چشمان شما نگاه میکنم. شما را در آغوش میگیرم. نه تنها اصلی برای من خود آزادی و زیبایی ست، خود عشق است، صوفی و سونا هم همین حکم را دارند. میدانم که من و اصلی هم برای شما همین حکم را داریم.
گاها که تنها میشوم به اصلی فکر میکنم، به خودم میگویم: کرم ، فکرکن که اصلی نیست، باید زندگی کنی، آیا میتوانی؟ هرچند که صوفی و سونا را داری آیا میتوانی زندگی کنی؟ می بینم درست است که صوفی و سونا را دارم ، حداقل این دو عشق را دارم، و صحیح است که بدون اصلی هم بتوانم زندگی کنم. شاید هم بعد ها یکی پیدا شد و جای اصلی را در من پرکرد؛ اما متأسفانه تصور اینکه بتوانم بدون اصلی زندگی کنم ، برایم محال است. کالبد انسان تهی از زندگی باشد، میتواند زنده بماند؟ کالبد بدون جان میتواند زندگی کند؟ نه، نمی تواند. متأسفانه یا خوشبختانه، بخواهیم نخواهیم « اصلی شده زندگی من». اصلی شده « جان من». انسان بدون جان اش نابود است. من این را به کسی توصیه نمی کنم. درست نیست که کسی جان انسان باشد. نمی گویم این خوب است، صحیح است. اما میگویم گاهاً این طوری ست، اینطوری پیش میاید، و آدم نمی تواند جور دیگری باشد. تلاشی هم بکند باز بیفایده است. من نگاهم به اصلی ست، و در واقع نگاهم به زندگی ست. به زندگی خودم و اصلی. به زندگی همه یمان. و به زندگی همه و هر چیز. احساس میکنم جاندار و بیجان، همه چیز ، برایم زندگی ست. و قلب این زندگی با قلب اصلی می تپد. فقط یک سئوال باقی میماند. اگر از پنجره دوستی خودمان به بیرون، به داخل این عمارت، به کوچه و بازار، شهرها و روستاها نگاه کنیم آیا میتوانیم این زیبایی ها را آنجا هم ببینیم؟
اصلی:
-کرم، زیبایی همه جا هست. فقط مختص ما نیست. در بیرون از ما هم وجود دارند، باید آنها را یافت و تقویت شان کرد. زشتی ها را کم کرد و زدود. در بیرون زشتی و زیبایی درهم آمیخته اند. چون زندگی از مجموع اینها درست شده است. در میان مردم نیاز ها زیاد اند. تأمین نمی شوند. آدمها مجبوراند هرچه که هست، تکه پاره کنند و از همدیگر بربایند. ما به دفعات در شهر و روستا این صحنه ها را دیده ایم. و رویشان صحبت کرده ایم. باید به زندگی ها رسید، نیاز ها را تا میتوان برطرف کرد، شاید زیبایی های زندگی و انسانها تقویت شوند. باید کمک کرد صاحب علم و کار و درآمد شوند. جلو حق کشی و ستم گرفته شود. هر که ثروت بیشتر و زور و زر بیشتر دارد ، مردم را نچاپد و له و لورده نکند.

سونا:
- گاها از خودم می پرسم عشق چیست؟ به زندگی خودمان که نگاه میکنم، میگویم عشق این است که ما داریم. دوستی. همین. و دامنه ی پهناور و بی انتهای آن. در همه و هر چیز. در انسان و حیوان و طبیعت. میخواستم صحبت را تکمیل کنم ولی دیدم  حرفهای دلم را به خوبی بیان کردید.
صوفی:
- میگویم ، کرم موضوع عروسی را با پدرو مادرش صحبت کند، آنها مسئله را با والدین اصلی در میان بگذارند.
سونا:
- اگر قبول نکردند چه؟
اصلی:
- قبول بکنند یا نکنند ، برایم مهم نیست. مهم این است که خودم تصمیم گرفته و انتخاب کرده ام. منهم دوست دارم والدینم این درک را داشته باشند که بگذارند خودم تصمیم بگیرم. اذیت نکنند. آنها راضی هم نباشند ما عروسی را شروع میکنیم.
صوفی:
- اول باید پدر کرم خواستگاری کند. مسئله را با زیاد خان در میان میگذارم، ببینیم چکار میکند.
کرم:
- خوب است. صوفی مسئله را با پدرم در میان بگذارد.
سونا:
- چطور است اصلاً اصلی به خانه برنگردد. همینجا بماند. خواستگاری هم بشود، اگر والدین اصلی قبول نکردند، ما چیزی را از دست نداده ایم. .همینطور از پیشامدهایی که حالا به فکرمان نمی رسد، در امان میمانیم.

صوفی:
- این هم فکر خوبی ست. به خاطر عروسی سونا میتواند پیش او بماند. و این را هم به پدر و مادرش خبر میدهیم.
اصلی:
- سونای زیبایم، شاید حق با تو باشد. و خیلی هم با تو باشد. ممکن است این بهترین و صحیح ترین کاری باشد که میتوانیم انجام بدهیم. علی رغم هر موافقت و مخالفتی، بمانیم عروسی کنیم. و به ساختن زندگی خود و به بهبود زندگی دیگران بپردازیم. این یک راه است. و درست.
اما شاید درست تر، و کمی عاشقانه تر از راه اول این باشد، که ببینیم لباس عروسی ای که این رسم و رسوم، دین و مذهب، والدین، روزگار، برای ما دوخته اند چیست، میخواهند چه چیزی تحویلمان بدهند؟ و ما چطور میتوانیم با این روزگار دربیافتیم. این زندگی پیش ساخته و مهیا ، این لباس از پیش دوخته شده، برای اصلی و کرم، برای سونا و صوفی، چگونه است؟ بالاخره ما باید این لباس را ببینیم، بشناسیم، بپوشیم و امتحان کنیم. دوست ندارم آن را در تن دیگران امتحان کنم، آنها به قدر کافی زشتی ها را تجربه کرده اند، دور از انصاف است، که ما بیایستیم و تماشاگر تجربه های مکرر آنها باشیم. بله، درست است، میخواهم این لباس عروسی را امتحان کنم، اما نه در تن دیگران، بلکه در تن خودم. خودمان.
ما چه عروسی بکنیم ، چه نکنیم، چه زنده باشیم، چه نباشیم، مهم نیست، مهم دلباختگی ست. دلباختگی وقتی هست، که درک متقابل وجود دارد. اینکه کرم میفهمد اصلی چه میگوید، اصلی میفهمد کرم چه میگوید. ظاهراً خیلی ساده است. اما تنها استثناها از عهده آن برمیایند. بدون درک همکدیگر دلباختگی وجود ندارد. ما این درک را داریم. ترسی ندارم از اینکه چه پیش میاید.
آنچه اصلی میگوید ، کرم با آن غمخواری میکند
آنچه کرم میگوید، اصلی آنرا درک میکند
آه، نکش، سونای نازنینم
عشق، آتش میگیرد و میسوزد.
صوفی:
- پس من با زیاد خان صحبت میکنم.
**
صوفی مسئله ازدواج را به اطلاع زیاد خان رساند. حاکم بعد از صحبت با جوانان، پدر و مادراصلی را به حضور پذیرفت. در پایان انگشتری نامزدی را به آنها داد که به اصلی بدهند. والدین اصلی سه ماه مهلت خواستند، که بعد از برگشتن از سیاحت، جشن عروسی را آغاز کنند. جوانان از این خبر بسیار خوشحال شدند. هر چند که نگرانی اصلی و کرم همچنان دل شان را میلرزاند.

**

سه ما به پایان رسید. از اصلی و خانواده اش خبری نشد. زیاد خان مامور به اطراف فرستاد، هیچ اطلاعی گیر نیامد.
کرم از خواب و خوراک افتاد. درد اصلی او را به بستر بیماری فرستاد. همه شدیداً نگران حال اش شدند.
صوفی و سونا درمانده بودند که چکار بکنند. خود را به پیش کرم رساندند و گفتند:
شاید مشکلی پیش آمده که خانواده اصلی برنگشته است.
کرم گفت:
- من باید به دنبال اصلی بروم. گیرم که به نتیجه ای هم نرسم.
رو به سونا و صوفی ادامه داد:
- شما دو تا میتوانید منتظر ما نباشید و بهتر است عروسی کنید.
سونا گفت:
- کرم، این چه حرفی ست؟ نه من این  را قبول میکنم و نه صوفی.
صوفی گفت:
- با هم میرویم.
سونا:
- منهم میایم.
کرم:
- نه، لازم نیست کسی همراه من باشد. تنها میروم.
صوفی به سونا :
- من و کرم ، با هم میرویم. بهتر است تو بمانی اینجا. اگر خبری شد پیغام می فرستی.
کرم و صوفی از خانواده ها و دوستانشان خدا حافطی کردند.
هنگام حرکت کرم دید صوفی تیر- کمان و شمشیر برداشته است، گفت:
- معلوم است چکار میکنی، اینها چیه؟
- وسایل دفاع!
- مگر به میدان جنگ میرویم؟
- نه، جهت پیشامد های احتمالی ست.
- بیانداز دور ! به میدان عشق میرویم، نه به میدان جنگ. برای عشق، ساز لازم است، نه چیز دیگر.
و به راه افتادند.

کسی غیر از سونا آنها را به این سفر تشویق نکرد. و کسی هم مخالفت نکرد. تصمیم گیری را به عهده خود کرم گذاشتند. اما زیاد خان و دیگران پیشنهاد کردند که با دختر دیگری ازدواج کند و از اصلی چشم بپوشد، چیزی که برای کرم غیر ممکن بود.
کرم و صوفی مقصد شان معلوم نبود. نمی دانستند اصلی را خواهند یافت یا نه. از رهگذران، روستاییان، کاروانها، چوپانان، و از هرکس و هر چیز که می دیدند خبری میگرفتند. بالاخره پای به راههای احتمالی گذاشتند.
کم میخوردند و کم میخوابید و تا می توانستند می تاختند. در قهوه خانه ها و خانه های روستاییان ، در کوه و دشت، می خوابیدند و غذا میخوردند. و از چشمه ها آب می نوشیدند. اما چیزی که این دو دوست را، از درون میخورد و می تراشید « عدم نشانی» بود که نمی دانستند اصلی واقعاً کجاست؟ و چه حالی دارد؟
کرم هر دختری را که از دور میدید احساس میکرد شاید اصلی باشد، ولی وقتی نزدیک میشد میدید که اصلی ناپیداست.
زمانی که درناها در آسمان قطار میشدند احساس میکرد حتماً ارتباطی با اصلی دارند و باید توسط آنها سلامی بفرستد و احوالی بپرسد. جریان آب چشمه ها و رود خانه ها را، نگاه کوهها و صخره ها وتپه ها را وقتی میدید احساس میکرد، همه به سوی اصلی می نگرند. از آنها خبر و راهنمایی میگرفت. شاید هم حق با کرم بود. طبیعت جز عشق به چه چیزی میتواند نگاه کند.

کرم گام به گام، راه به راه، چشمه به چشمه، کوه به کوه، با طبیعت یکی میشد و شده بود.
در راه اسب اش را کنار کشید. به دختران راه باز کرد. و در حالی که سازش را به سینه فشرده بود، خواند:
*ای خواهران پرناز و کرشمه، که از من قهر کرده اید
خودم را کنار میکشم، بگذارید راه از آن شما باشد
درد و غم در دلم زیاد است
زهر از آن من، بگذارید عسل از آن شما باشد.
من رهنوردم، راهها را در می نوردم و میروم
قطار عشق را ردیف کرده و میروم
تشنه ام، آب بدهید، بخورم و بروم
جامی خالی کنم، بگذارید« جام پر» از آن شما باشد.
دلم گرفته، جگرم پرسوز است
بدون اصلی غمناک و آواره ام
سر به صحرا و دیار نهاده ام
ویرانه ها از آن من، بگذارید ایل و آبادی از آن شما باشد
مست می بودن شایسته من نیست
باید بگردم و یارم را پیدا کنم
غنچه گلی دارم، تازه و تازه تر
بگذارید تازه ترین گلی که می شکفد، از آن شما باشد.
کرم، پردرد، گوید، ای زیبایم اصلی
چشمانم اشک آلود است، دلم زنگارگرفته
از هنگامی که جدا افتاده ام، سوگوارم، سوگوار
بگذارید من سیاه بپوشم، سرخ از آن شما باشد.*

مدتها راه رفتند. به یک سری راههای پرپیچ و خم رسیدند. کرم به صوفی گفت:
دوست من، بگذار اصلی را از راهها بپرسم ، شاید او را دیده اند. سازش را به سینه فشرد و خواند:
*ای راههای پرپیچ رو
آیا اصلی مرا دیده اید؟
گام بر رد پاهای یار نهاده ام،
ای رد پا ها، آیا اصلی مرا دیده اید؟
لباس یکرنگی پوشیده
در کنارش دو خانم زیبا دارد.
از تو می پرسم ای صخره
آیا اصلی مرا دیده ای؟
ای آبادی های گذرگاه «اصلی»
ای دردهای کرم
گرکهای بره خور
آیا اصلی مرا دیده اید؟*

دو دوست بعد از روزها رهنوردی به قهوه خانه یک روستا رسیدند. مردم دور آنها را گرفتند و از کرم خواستند از آرزو و مرام اش بگوید :
کرم ساز بر سینه فشرد و خواند:

من شیفته ی ایل ها
شیفته ی زبان مهربانیها هستم
بگذار طبیب و درمان باشم
بر ایل های ستم کشیده.
*
برابری و آزادی
مرام من است، اگر بپرسی
قلب و شیفتگی گوارا
مرام من است، اگر بپرسی.

"عاشیق کرم، از"آرزویش گوید:
"همه کار کنند، همه بخورند
همه بگویند، همه بخندند"
این مرام من است، اگر بپرسی.

برچنین ایل ها
برچنین زبان مهربانی ها
بگذار طبیب و درمان باشم.
این مرام من است، اگر بپرسی.

فقر و جدایی و مرگ!
این سه را دوست ندارم
که در نهان، فرزند آدمی را به فغان درمیاورد.
این مرام من است، اگر بپرسی.

غم و غصه را عمر نمی دانم
شیفته زیبایی ها هستم
بهره بیشتر، ظلم بیشتر است
غم و غصه را عمر نمی دانم
این مرام من است، اگر بپرسی.
**
والدین اصلی به قلمرو حاکم جدیدی رسیده ساکن شده بودند. پدرش با کاهن بزرگ اجاق شهر رابطه برقرار کرده بود.
و به آنجا رفت و آمد می کرد. اصلی در شهر میگشت و از زندگی مردم می نوشت، و در خانه داری به مادرش یاری می نمود. هر بار که اصلی از برگشتن صحبت به میان میاورد پدرش امروز و فردا میکرد.
در این میان پسر کاهن بزرگ که چند بار اصلی را در مهمانی دیده بود، پدرش را به خواستگاری اصلی فرستاد. اصلی به خواستگار جواب رد داد، و پدرش عنوان کرد که او نامزد پسر زیاد خان است و آنها به زودی برمیگردند که دختر و پسر ازدواج کنند.
اما آنها دست بردار نبودند. افزون بر اینکه، پسر بزرگ کاهن شهر، سالها پیش در جنگی که بین قشون خانها برسر گسترش قلمرو شان در گرفته بود، کشته شده بود . و او قشون زیاد خان را قاتل پسر خود میدانست و کینه ی او را به دل داشت.
کاهن بزرگ بعد از اطلاع از موضوع ازدواج کرم و اصلی، بیش از پیش به آنها اصرار میکرد. و همچنان جواب رد میگرفت.

**

کرم و صوفی بعد از جست و جو های زیاد، به شهری که خانواده ی اصلی در آن ساکن بود، رسیدند.
دختران سرای حاکم در باغ جمع شده و به رقص و آواز خوانی مشغول بودند. ناگهان دیدند دو نفر جوان سوار براسب از کنار باغ میگذرند، و یکی سازی بر دوش دارد. حدس زدند باید عاشیق( خنیاگر) باشند. آنها را به باغ دعوت کرده و بعد از غذا و نوشیدنی خواهش کردند برایشان ساز بزنند و آواز بخوانند.
کرم اندوه دلش را با نوای تارهای ساز به فریاد در آورد:

-ای باد صبحگاهی، درنگ کن، سخنی با تو دارم
سریع سلام مرا به یارم برسان
امروز "اصلی خان"مرا ببین، 
پیش نرو، مپیچ بر زلف و گیسوان اش.

ای باد صبحگاهی ، نگاهی کن برآن جفت خالِ روی اش
نامه محبت را خودت بر دستش بده
در یک گوشه ی خلوت ، که می یابی اش.

 کرم گوید: اگر سازها را اینجا بگذاریم
سخنان شیرین اش به خاطرم میایند
ابروانش سیاه و ، چشمانش آبی ست
تو هم، به مراد ت برس، ای باد صبحگاهی.

رقص و آواز خاتمه یافت. دختر حاکم احساس کرد کرم یک نوازنده ی عادی نیست. سرگذشت شان را پرسید. وقتی از ماجرا آگاه شد، آنان را پیش پدرش برد و موضوع را با او در میان گذاشت. حاکم دانست کرم پسر زیاد خان است. گفت، شخصاً به زیاد خان ارادت دارد، و خود را از دوستان او می شمارد.
ماموران حاکم اصلی و خانواده اش را یافتند و به مهمانی دعوت کردند. سه دوست بعد از ماهها دوری و جدایی و دلهره بالاخره همدیگر را دیدند. اصلی دفترچه یادداشتهایش را به صوفی داد. و خود در آغوش گرم کرم آرام گرفت...
به پیشنهاد حاکم و با موافقت دلباختگان مراسم عروسی آغاز شد.

**

هنگام جشن، کاهن بزرگ برای اصلی و کرم، لباس عروسی، با دگمه هایی که بر پشت قورباغه مالیده شده و از سنگ چاخماق درست شده بودند، هدیه کرد. پدراصلی آنها را به دخترش داد. که پوشیدند
در اتاق، اصلی و کرم لباس از تن برمی کندند که دگمه ها کارشان را کردند. سرآنها گیج رفت، دیدگان شان نیمه تاریک شد.
به نظرشان رسید که دگمه های بازشده، دوباره بسته میشوند...

چنان با لباس خود در گیر بودند که نمی دانستند دگمه ها با تن و جان شیفته ی آنها چکار میکنند. هر دو به تلو تلو افتادند. سنگهای چاخماق به هم خوردند و شراره و آتش برخواست...

-اشک نریز اصلی من...میسوزم اصلی، میسوزم...
اصلی خواست کمک کند، که خود نیز افتاد...
- آی... سوخت کرم ... میسوزم... میسوزم در آتش کرم ...
دیگر کسی ندانست، چه اتفاقی برای اصلی و کرم پیش آمد.
قصر وقتی متوجه آنها شد که اتاق در شعله های آتش می سوخت...
**
صوفی مشتی از خاکستر « اصلی و کرم» برداشت و با چشم گریان و دلی ویران، به زادگاهش بازگشت...
در قاراملیک، کنار چشمه، سونا سوار بر اسب به او ملحق شد، که خبر آمدن صوفی را قبلاً در یافت کرده بود. آنها خاکستر شیفتگان را بر صحرای پرگل پاشیدند...
**

در باغ عشق، دو گل هست. که همیشه به هم پیچ خورده می شکوفند. یکی را اصلیƏsli، دیگری را کرمKərəm گویند.
آنجا چشمه ای هست که نام اش را، « اصلی – کرم بولاغی Əsli-Kərəm-Bulağı» گذاشته اند.
باد و توفان، گلها را به همه جا برد. در کنار هر گلزاری چشمه ای پدید آمد.
چشمه ها در سرتاسر سرزمین پخش شدند. و بمانند گلها روییدند.
مردم آنها را« اصلی- کرم بولاغی» نامیدند.
دختران و پسران عاشق، در کنار چشمه ها، قرار عشق گذاشتند
و عهد و پیمان وفاداری بستند. ترانه های اصلی و کرم خواندند.
« اصلی و کرم»، با آب چشمه ها و رودخانه، با عطر گلها، و با گرد و غبار باد و توفان،
در هوای این دیار، و در قلب و روح دلباختگان آن، در هم آمیخته و جاری شدند.
دیگر این دیار چیزی ندارد که خارج از عشق و نغمه های اصلی و کرم باشد.
از آهوان زخمی تا صخره های زرد، از راههای پرپیچ و تاب، تا قله های برف پوش، از درناهای مهاجر، تا قلب گرم دوستی ها،
از عدالت و آزادی تا جور ستمگران، همه و همه، در عشق اصلی و کرم جاری اند.
« اصلی - کرم»، زندگی به تمامی ست.
**

آنها اصلی را سوزاندند
و کرم را.
چه بلایی بر سر عشق آمد؟
کسی ندانست.
آی! گلهای آتش اصلی- و- کرم
عشق را زنده کنید
عشق را.
بگذارید اصلی و کرم
از خاکستر خویش برخیزند.

-------

* فولکلور
- عکسها : فیلم اصلی – کرم (مریم و محمود)

1- اصلی-کرم ترکی ، خط عربیPDF
2- اصلی-کرم فارسیPDF
3- اصلی-کرم ترکی ، خط لاتینPDF


Viewing all articles
Browse latest Browse all 2475

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>